Robot dərmanların qəbuluna nəzarət edəcək Sentyabr 16, 2019 | 12:18 / Maraqlı məlumatlar

Mehriban robot sahibi ilə ünsiyyət saxlaya, ona həblərin qəbulunu xatırlada və həkimə onun əhvalı haqqında informasiyanı verə bilmək imkanına malikdir. Əczaçılıq nəhəngi “Pfizer” robotun effektivliyini yoxlamaq üçün illik sınaqlara başlayıb.

Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ev robotu olan “Mabu”nun illik sınaqlarına başlayıb. Pasiyentlərə təyin edilmiş dərmanların vaxtında qəbul edilməsinə nəzarət etmək, eləcə də onları sağlam həyat tərzinə öyrəşdirmək onun əsas vəzifəsidir.  “Mabu”nun əsas “ixtisaslaşdığı sahə” isə ürək çatışmazlığı olan insanlara kömək etməkdir.

nanonewsnet.ru saytının məlumatına əsasən, “Catalia Health” şirkəti tərəfindən hazırlanan bu robot sahibinin nitqini tanıyır və ona cavab verir, onun sağlamlıq göstəricilərini qeyd edərək bu informasiyanı xəstəni müalicə edən həkimə göndərir. Ona həyəcanverici simptomları aşkar etmək və müalicəni tənzimləmək üçün pasiyentin həkimə müraciət etməsini gözləmək lazım deyil.

İstehsalçılar əmindirlər ki, o, tibbi yardım göstərilməsinin effektivliyini artırmaqla yanaşı, pasiyentlərə xəstəliyin səbəb olduğu həyat tərzi dəyişikliklərinə uyğunlaşmağa kömək edəcək. Bundan başqa, pasiyentlərin robota olan reaksiyasını öyrənmək sınaqların daha bir əhəmiyyətli hədəfi hesab olunur.

Gələcəkdə “Catalia Health” şirkəti “Mabu”nu romatoid artrit və xərçəng kimi digər xəstəlikləri olan xəstələrin müalicəsinə öyrətmək niyyətindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı