Yeni texnologiya havanın temperaturunun aşağı olduğu gecələrdə günəş enerjisi əldə etməyə imkan verəcək Sentyabr 16, 2019 | 11:25 / Texnoloji yeniliklər

Materiallar üzrə mütəxəssis Aasvat Ramanın rəhbərlik etdiyi Stenford və Kaliforniya universitetlərindən olan tələbələr komandası tərəfindən “gecə” enerjisi generatorunun prototipi hazırlanıb. Onun əsasında qaranlıq düşdükdə yaranan temperatur fərqi dayanır. Belə ki, bir gün ərzində günəş işığı ilə qızdırılmış predmetlər soyuq havaya istilik verməyə başlayır. İki mühitin sərhəddində generator yerləşdirilərsə o, bu prosesi yenilənən enerji mənbəyinə çevirə biləcək.

techcult.ru saytının məlumatına görə, bu kimi generatorun hazırlanması ideyası günəş panellərinin təkmilləşdirilməsi yollarının müzakirəsi zamanı yaranıb. Yer kürəsinin sutkalıq ritminə görə, bu generatorlar sutkanın yarısında, qaranlıq hökm sürdüyü vaxt fəaliyyətsiz qalırlar. Lakin günəş işığı günün işıqlı vaxtı ərzində işıqlandırılan predmetlər üzərində yığılır, gecə isə istifadə edilə bilir.  Bunun üçün termoelektrik effektini tətbiq etmək və uyğun generatoru qurmaq lazım gəlir.

Prototip 1 kv.m-də 25 millivatt generasiya edir. İstehsalçıların hesabalamalarına görə, optimal kalibrləmə zamanı və mükəmməl şəraitdə onlar 1 kv.m üçün 500 millivatta qədər enerji əldə edə bilərlər. Dünyanın bir çox ərazilərində klassik günəş panellərindən istifadə gəlir gətirmir. Orada bu kimi generatorlar binaların işıqlandırılması və ya qadcetlərin enerji ilə yüklənməsi kimi ikinci dərəcəli məqsədlər üçün tətbiqini tapır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı