Fotoportretlər əsasında insanın etnik və irqi mənsubiyyətinin tanınma metodları tədqiq edilib Sentyabr 23, 2014 | 05:02 / Konfranslar, iclaslar

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətində İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə hesabatlar təqdim olunur. Növbəti hesabatı rəhbərlik etdiyi 9 saylı şöbənin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov təqdim edib. O, öncə şöbədə elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, fotoportretlər əsasında insanın etnik və irqi mənsubiyyətinin tanınma metodları tədqiq edilmiş və müvafiq elmi jurnalda nəşr edilmişdir. Həmçinin Ad-hoc şəbəkələri üçün yeni marşrutlaşdırma alqoritmi metodu işlənilmiş və çapa verilmişdir.

Şöbənin elmi-innovasiya və elmi-pedaqoji fəaliyyətilə bağlı çıxış edən məruzəçi qeyd edib ki, elmi kadr potensialının səmərəli idarə olunması sistemi müşayiət olunmuş, müxtəlif jurnal məqalələrinə rəy verilmişdir. Həmçinin M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “İnformatika” fənni tədris edilmişdir.

T.Kazımov, həmçinin müxtəlif təyinatlı kitablar və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çapı, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili, o cümlədən beynəlxalq əməkdaşlığın inkişafı və s. istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Hesabat qənaətbəxş hesab olunub, bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı