Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Azərbaycanın Milli Pavilyonunu ziyarət edib Sentyabr 12, 2019 | 10:16 / Konfranslar, iclaslar

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir.

Sentyabrın 11-də Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Baş katibi Haulin Zao Azərbaycanın Milli Pavilyonuna baş çəkib. O, sərgidə nümayiş olunan Azərbaycan startaplarının məhsullarını maraqla qarşılayıb. Haulin Zaoya ölkəmizin mədəniyyətini və tarixini əks etdirən hədiyyələr də təqdim olunub.

Xatırladaq ki, tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunur.

İnnovasiyalar Agentliyinin Qlobal İnnovasiya (Global SME Award) yarışmasına təqdim etdiyi 4 startap – “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”“Vriendly” müsbət rəy alıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “ITU Telecom World 2019” çərçivəsində iştirakçı ölkələrin nazirlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edib, bir sıra görüşlər keçirib. Həmin görüşlərdə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirilib. 

“Kiçik və orta müəssisələrə, innovasiyalara texnoloji dəstək” mövzusunda keçirilən sessiyada iştirak edən İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli Strateji Planlama Departamentinin şöbə müdiri Yushi Torigoe və Mərkəzi Avropa Fondunun direktoru Devid Keresztes ilə görüşlər keçirib. 

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq”  devizi altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətini yüksəltmək məqsədilə hökumət və təşkilatlararası əməkdaşlığı genişləndirməkdir.

Gələn il  “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı