AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Minsk şəhərində ezamiyyətdə olub Sentyabr 23, 2014 | 04:46 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev AR Prezidenti yanında Elmin İnkişafı FondununRabitə və Yüksək Texnologiyaları Nazirliyinin birgə “İKT-2” qrant layihəsi “Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxaılq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi” çərçivəsində Minsk şəhərinə ezam olunub.

Səfər çərçivəsində layihə rəhbəri Təhmasib Fətəliyev Belarus Milli Elmlər Akademiyasının Birləşmiş İnformatika problemləri institutunun strukturu, aparılan elmi-tədqiqat və praktiki işlərlə tanış olmuşdur. O, həmçinin institutun baş direktoru, “İnformatika” jurnalının baş redaktoru, t.e.d., prof. Aleksandr Vasilyeviç Tuzikov, elmi işlər üzrə direktor müavini t.e.n. Vladimir Anatolyeviç Lapiski, “Kosmik və informasiya texnologiyalarının birgə proqramları” şöbəsinin baş elmi işçisi, t.e.d. Stanislav Felikoviç Lipniski, “Elmi tədqiqatların informasiya təminatı” laboratoriyasının müdiri, t.e.n., b.e.i. Romuald Branislavoviç Qriqyanes ilə təşkil olunmuş görüşlərdə onları İnformasiya Texnologiyaları İnstitutunda aparılan işlərlə məlumatlandırmışdır. Müzakirələr zamanı hər iki kollektivin maraq dairəsinin eyni olması xüsusi ilə vurğulanmışdır.

Ezamiyyətin əsas məqsədi elmi jurnalların beynəlxalq elmi bazalarda təmsilçiliyi problemlərinin müzakirəsi, bu sahədə Belarus təcrübəsinin öyrənilməsi olmuşdur. Həmin institutda dərc olunan “İnformatika” jurnalının kollektivi ilə görüş olduqca səmərəli olmuş və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qərara alınmışdır.

Son nəticədə AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Belarus EA Birləşmiş İnformatika problemləri institutu arasında əməkdaşlıq haqqında saziş hazırlanmışdır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı