Neyronun biomorf modeli hazırlanıb Sentyabr 11, 2019 | 11:19 / Maraqlı məlumatlar

Tümen Dövlət Universitetinin tədqiqatçıları sürətli və enerji-effektiv neyron şəbəkəni qurmaq üçün onun əsasında neyronun biomorf modelini hazırlayıblar.

hightech.fm saytının məlumatına əsasən, alimlər tərəfindən hazırlanan neyronun modeli əsli ilə funksional oxşarlığa malikdir.  O, üç hissədən - dendrit, soma və aksondan ibarətdir. Bu istənilən sırada hissələr arasında qarşılıqlı təsir yaratmağa imkan verir.

Tədqiqatçılar neyron şəbəkənin sınağının keçirilməsi üçün biomorf neyron modelinin əsasında alqoritm hazırlayıblar. Bu da funksional bloklar və elm adamları tərəfindən qoyulan məsələlər arasında əlaqə yarada bilmək qabiliyyətinə malikdir. Təklif edilən modeldə hərəkət edən elektrik impulsunun forması deyil, elektrik impulslarının orta izlənmə tezliyi nəzərə alınıb. Tümen Dövlət Universitetinin alimlərinin fikrincə, siqnalların ötürülməsi üçün belə bir alqoritm vaxt addımını çoxaltmağa və nəticədə neyron şəbəkəsinin hesablanması sürətini artırmağa imkan verir.

Aparılan sınaqlar müvəffəqiyyətlə həyata keçsə də, alimlər neyroşəbəkənin işinin sürəti ilə bağlı məlumatları açıqlamırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı