Azərbaycan “ITU Telecom World 2019” beynəlxalq sərgisində təmsil olunur Sentyabr 10, 2019 | 09:58 / Mühüm hadisələr

Məlumdur ki, 9-12 sentyabr 2019-cu il tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı keçirilir.

Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycan Milli Pavilyonla iştirak edir. Pavilyonda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan 2009-cu ildən etibarən davamlı olaraq “ITU Telecom World” sərgilərində Milli Pavilyon ilə təmsil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı