“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı öz işinə başlayıb Sentyabr 09, 2019 | 06:00 / Mühüm hadisələr

Sentyabrın 9-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən, telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” beynəlxalq sərgi-konfransı öz işinə başlayıb. Tədbirdə texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət orqanları, korporasiyalar, eləcə də  kiçik və orta sahibkarlıq nümayəndələri innovasiya həlləri təqdim etmək, əlaqələr qurmaq, bilik mübadiləsi aparmaq və ekspertlərlə müxtəlif mövzuları müzakirə etmək üçün iştirak edirlər.

“Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilən “ITU Telecom World 2019” sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insanın həyat keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

Tədbirin rəsmi açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Cao çıxış edib.

Müxtəlif sahələr üzrə stendlərdə, milli pavilyonlarda və kiçik və orta sahibkarlıq nümayəndələrinin işçi stendlərində innovasiya məhsulları, texnologiyalar, investisiyalar və bütün dünyadan əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanlar təqdim edilib.

Forumun iclaslarında mütəxəssislər tərəfindən İKT-nin və “ağıllı” rəqəmsal texnologiyalar sahəsinin inkişafını müəyyən edən məsələlər, o cümlədən süni intellekt, 5G, Əşyaların İnterneti, universal giriş, rəqəmsal savadlılıq və rəqəmsal transformasiya prosesində hökumətlərin rolu və s. müzakirə olunur.

Qeyd edək ki, tədbir sentyabrın 12-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı