3D-printerdə süni intellektli avtobus çap edilib Sentyabr 09, 2019 | 02:00 / Maraqlı məlumatlar

“Local Motors” şirkəti süni intellektlə təchiz olunan və üçölçülü çap vasitəsilə yaradılan dünyanın ilk avtobusunu təqdim edib. Nəqliyyat vasitəsinin detallarının 80 faizi additiv texnologiyalar vasitəsilə yaradılıb. Hazırda layihə sınaq və tamamlanma mərhələsindədir.

4pda.ru saytının məlumatına görə, “Local Motors” 2016-cı ildə “IBM” şirkəti ilə birgə hazırlanan “Olli” sürücüsüz avtobusunu nümayiş etdirib. Nüfuzlu kompüter istehsalçısı ilə əməkdaşlıq gənc şirkətə süni intellekt sahəsində texnologiyalardan istifadəyə imkan verib. Tədqiqatlar nəticəsində kuza detalları 3D-printerin köməyi ilə hazırlanan yenilənmiş “Olli” avtobusu ərsəyə gətirilib.

Hazırda “Olli” küçələrdə istifadəyə hazır deyil. Model aşağı sürətli rejim və hospital, hərbi zona və ya istirahət bazaları kimi qapalı ərazilərdə hərəkət üçün nəzərdə tutulub.

Əvvəlki modellə müqayisədə “Olli”nin ikinci nəslində bir sıra təkmilləşdirmə işləri aparılıb. Belə ki, sərnişin tutumu 12 nəfər təşkil edən avtobus tam enerji topladıqdan sonra 160 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi saatda 40 km sürətlə hərəkət edir. Bundan əlavə, model müəyyən şəraitlərdə insan köməyi olmadan hərəkət etməyə imkan verən dördüncü səviyyəli avtopilot rejimi ilə seçilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı