Hərbçilər üçün yeni əlavə reallıq eynəyi hazırlanıb Sentyabr 09, 2019 | 12:22 / Texnoloji yeniliklər

Britaniyanın “BAE Systems” müdafiə şirkəti iki eynək ölçüsündə əlavə reallıq (augmented reality AR) qarniturunun prototipini təqdim edib. Ordunun ehtiyacları üçün nəzərdə tutulmuş eynəyin hazırlanmasına 2017-ci ildə başlanıb.

techcult.ru saytının məlumatına görə, qurğunun ilkin veriyasında qarniturun ekranı bir rəngli idi. İndi o, daha yığcam, yüngül, çəkisi tarazlaşdırılmış və tam rənglidir. Bu da eynəyi uzun müddət rahatlıqla daşımağa imkan verir.

AR-eynək ordu standartlarına uyğun istehsal edilib və təcavüzkar mühitlərdə istifadə üçün nəzərdə tutulub. Onu şlemlə birlikdə taxmaq olar. Qarnitur 40x30 dərəcə baxış bucağına malikdir. Bundan başqa, qurğu operatora hərbi maşının örtüsündən içərini “görməyə” imkan verən “şəffaf” zireh sistemlərinin işini dəstəkləyir.

Şirkətin mütəxəssisləri iddia edirlər ki, AR-eynək gün işığında simvolların daha aydın göründüyü parlaq ekrana malikdir. Qurğu o qədər yığcamdır ki, məsələn, dəniz donanmasının zabitinə eyni zamanda gəmidə yerini dəyişdirməyə və onun işinə nəzarət etməyə imkan verir. Eynək başın vəziyyətinin izlənilməsi sistemi sayəsində informasiyanın dəqiq təsvirini təmin edir. Onlar eynəyin bu versiyasını seriyalı istehsala başlamazdan əvvəlki son test modeli hesab edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı