Robot-cərrah ilk distant ürək əməliyyatı həyata keçirib Sentyabr 09, 2019 | 10:00 / Texnoloji yeniliklər

Hindistanın Əhmədabadda yerləşən Ürək Tədqiqatları İnstitutunun həkimi Tejas Patel ondan 35 km məsafədə olan xəstənin ürəyindəki qan damarlarına stent quraşdırmaq üçün əməliyyat həyata keçirib. O, tarixdə ilk dəfə belə şəraitdə tətbiq edilən “CorPath GRX” robot-cərrahını idarə edib.

techcult.ru saytının məlumatına əsasən, əvvəlki testlərdə həkim-operator bilavasitə robota daha yaxın yerdə - qonşu otaqda olub. Hazırda idarəetmə pultuna əməliyyat zamanı vəziyyətin yoxlanılması məqsədilə bir neçə videokamera əlavə olunaraq yüksək sürətli İnternet vasitəsilə robota qoşulub. Təhlükəsizliyin təmin olunması üçün iki cərrah növbədə dayansa da, onların müdaxiləsinə ehtiyac qalmayıb.

Bu əməliyyat distant tibbi yardımın fəaliyyəti istiqamətində yeni üfüqlər açır. Qeyd edək ki, NASA hələ 1999-cu ildə Beynəlxalq Kosmik Stansiya üçün teletibb sisteminin yaradılması barədə düşünüb. Amerika Xəstəxanaları Assosiasiyasının məlumatına görə, 2017-ci ildə ABŞ-da xəstəxanaların 76 %-i artıq distant tibbin bu və ya digər formasını tətbiq ediblər. Hind həkimlərinin təcrübəsi göstərir ki, bu texnologiya başqa ölkələrdə də müvəffəqiyyətlə tətbiq edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı