“Amazon” əl üzrə identifikasiyaya malik ödəniş sistemini istifadəyə verəcək Sentyabr 06, 2019 | 11:58 / Texnoloji yeniliklər

“Amazon” şirkəti istifadəçinin əl üzrə identifikasiyasından istifadə edərək, alış-veriş etməyə imkan verən “Orville” adlı ödəniş sistemini sınaqdan keçirir.

3dnews.ru saytının məlumatına görə, sınaqlar şirkətin Nyu-Yorkda yerləşən ofislərində aparılır. Burada yeni sistem çipslər, qazlı içkilər və  telefonlar üçün enerjidoldurma qurğularının satışı üçün bir neçə ticarət avtomatında quraşdırılıb.

İstifadəçinin skanerin səthinə barmaqla toxunmasını tələb edən əksər biometrik sistemlərdən fərqli olaraq, yeni texnologiyada heç bir fiziki toxunuşa ehtiyac yoxdur. Bunun əvəzinə o, kompüter görməsi və dərinlik həndəsəsindən istifadə edir. Bank kartından pul çıxmazdan əvvəl alıcıların əllərini skan etmək üçün “Amazon Prime” hesabındakı məlumatlar yoxlanılır.

Skanerin tanıma dəqiqliyi on mində 1 faiz təşkil edir. Lakin “Amazon” bu göstəricini milyonda 1 faizə qədər yüksəltməyi hədəfləyir. Şirkət növbəti ilin başlanğıcında “Whole Foods” supermarketlər şəbəkəsində skanerlər quraşdırmaq niyyətindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı