NASA ekoloji xüsusiyyətləri ilə fərqlənən superkompüter hazırlayıb Sentyabr 06, 2019 | 08:27 / Texnoloji yeniliklər

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası “Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq”dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir.

Lakin, onun işi yalnız bizim qalaktikanı öyrənməklə bitmir. Belə ki, NASA Hewlett Packard Enterprise şirkətiylə birlikdə “Aitken” superkompüterini hazırlayıb.

onauke.info saytının yaydığı məlumata görə, “Aitken”in hesablama gücü nəzəri cəhətdən 3,69 petaflopsa çata bilir. Bu qədər yüksəksürətli iş mexanizminə onun 46,080 nüvə və 1150 hesablama qovşaqları zəmin yaradır.

Onun modul konstruksiyası daha az enerji ilə işlədiyi üçün “Aitken” öz sinfinin ekoloji cəhətdən ən üstün superkomputerlərindən biri kimi qəbul edilir. Onun konsepsiyası 2016-cı ildə yaradılan Electranın prototipindən götürülüb.

NASA-nın hesabatlarında deyilir ki, ötən il “Aitken” superkompüterinin qidalanma modullarının enerji effektliyi 2 giqavat/saat həcmində enerjiyə və 11,35 milyon litr suya qənaət etməyə imkan verib.

NASA mütəxəssislərinin fikrincə, sayı 1500 nəfərdən çox olan alim və mühəndis tədqiqat aparmaq məqsədilə bu superkompüterə giriş əldə edə biləcək. “Aitken” onlara Günəşi daha detallı araşdırmağa və başqa bu kimi layihələri həyata keçirməyə kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı