Dünyanın ən güclü akademik superkompüteri istifadəyə verilib Sentyabr 05, 2019 | 09:43 / Texnoloji yeniliklər

ABŞ-ın Ostin Texas Universiteti (UT Austin) nəzdində Qabaqcıl Hesablamalar Mərkəzi (TACC) dünyanın ən məhsuldar akademik superkompüteri olan və iyun ayı üzrə “TOP500 2019” reytinqində beşinci yerdə qərarlaşan yeni “Frontera” superkompüterini rəsmən işə salıb.

servernews.ru saytının məlumatına görə, sistem Milli Elm Fondunun (NSF) 60 milyon dollarlıq investisiyası sayəsində ərsəyə gətirilib. Superkompüterin yaradılması ilə “Dell EMC”, “Intel”, “Mellanox”, “DataDirect Networks”, “NVIDIA”, “IBM”, “CoolIT” və “Green Revolution Cooling” şirkətləri məşğul olub.

“Frontera” klasteri hər biri iki 28 “Intel Xeon Platinum 8280” nüvə prosessoruna malik 8008 hesablama qovşağından ibarətdir ki, bu da ümumilikdə yarım milyon nüvə deməkdir. Sistemin pik məhsuldarlığı 38,8 petaflops, real isə 23,5 petaflops təşkil edir.

Qovşaqlarla əlaqə üçün “Mellanox” şirkətinin 200 Qbit/saniyə gücünə malik “InfiniBand” interkonnektindən istifadə olunur. “Frontera”, həmçinin “DataDirect Networks” provayderinin bərkcisimli toplayıcılar əsasında innovativ məlumat saxlama sistemi ilə təchiz edilib.

İstiliyin soyudulması üçün “CoolIT”, “Cooltera” və “Green Revolution Cooling” şirkətlərinin istehsalı olan maye soyutma sistemi tətbiq edilib.

Bundan başqa, “Frontera” superkompüterinin tərkibinə “IBM POWER” prosessoruna malik 448 ədəd “NVIDIA Tesla V100” sürətləndiricisi əsasında əlavə sistem daxildir. Onlar neyron şəbəkələrin məşqlərinin sürətləndirilməsi, süni intellektdən istifadə, molekulyar dinamika sahəsində tədqiqatlar və digər hesablamaların aparılması üçün tələb olunur.

Yaxın aylarda tədqiqatçıların hesablama sistemlərindən sürətli istifadə imkanı ilə təmin edilməsi məqsədilə superkompüterə “Microsoft”, “Google” və “Amazon” “bulud” servislərinin inteqrasiya olunacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı