“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb Sentyabr 23, 2014 | 09:28 / Mühüm hadisələr

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti mütəmadi olaraq müxtəlif sahələrə  dair nəfis dizaynda hazırlanmış poçt markaları təqdim edir.
 
Şirkət növbəti olaraq Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış neft hasilatı üzrə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibəti ilə poçt markası çap etdirib.

Belarusda çap olunan markanın tirajı 5000 ədəd təşkil edir. Markanın nominal dəyəri 1 manata bərabərdir.
 
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.
 
“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti  iştirak edib.

ictnews.az

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı