“İnternetdəki səyahətiniz dünyaya təsir edir” – Ümumdünya hörümçək torunun yaradıcısı Berners-Li Tim Sentyabr 04, 2019 | 12:42 /

Ser Timoti Con Berners-Li dünya elmində veb-texnologiyasının – HTTP, URI/URL və HTML atası, ən əsası, Ümumdünya hörümçək torunun banisi, “Semantik hörümçək konsepsiyası”nın və informasiya texnologiyaları sahəsində uğur qazanmış bir çox başqa tədqiqatların müəllifi kimi tanınır.

Berners-Li 1955-ci ildə Londonda anadan olub. Valideynlərinin hər ikisi riyaziyyatçı olub. Onun atası və anası ilk Mark I Mançester kompüterlərindən birinin yaradılması üzərində işləyiblər.   

Massaçusets Texnologiya İnstitutunun professoru Berners-Li Tim Oksford Kral Kollecində təhsil aldığı zaman M6800 prosessoru əsasında özünün ilk kompüterini yığır. Monitor kimi isə, televizordan istifadə edir.

Kollecdə təhsil aldğı zaman, bir dəfə, dostları ilə birlikdə haker hücumu etdiynə görə, rəhbərlik tərəfindən kollecin kompüterlərindən istifadə etmək hüququndan məhrum edilir.  

1976-cı ildə Oksford Universitetini “Fizika” ixtisası üzrə fərqlənmə diplomuyla bitirən Ser Timoti “Plessey Telecommunications Ltd” şirkətində işləməyə başlayır.

 Dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifi kimi tanınan Berners-Li bir çox universitetlərin fəxri professoru seçilib, həmçinin onlarla nüfuzlu mükafatın laureatıdır.

1999-cu ildə onun adı “Time” jurnalında dərc olunan “XX əsrin 100 ən məşhur adamı” siyahısına daxil edilib.

Con Berners-Li hesab edir ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək məqsədilə Avropa nüvə araşdırmaları təşkilatı CERN-də proqram təıminatı üzrə mütəxəssis kimi çalışdığı zaman Enquire proqram təminatını yaradır.  1991-ci ildə CERN-də WWW standartı təsdiq olunur.  

O, dünyada ilk veb-saytı – http://info.cern.ch elektron ünvanını yaradır. Həmin sayt 1991-ci ilin avqust ayının 6-da internetdə görünür. Burada “Ümumdünya hörümçək toru” nədir, veb-server necə yaradılmalıdır və başqa bu kimi mühüm məsələlər izah olunur.  

Professor Berners-Linin ən mühüm elmi əsəri “İnternet toxuculuq: Ümumdünya İnternetin mənşəyi və gələcəyi” (“Weaving the Web: Origins and Future of the World Wide Web”) hesab olunur. Burada müəllif “Ümumdünya hörümçək toru”nun yaradılması prosesi, onun konsepsiyası haqqında, həmçinin İnternetin inkişafı haqqında fikirlərini bölüşüb.

Ser Timoti Con Berners-Li 2004-cü ildə İnternetin qlobal inkişafı naminə xidmətlərinə görə Kraliça II Yelizaveta tərəfindən “Cəngavər komandor” ordeni ilə təltif edilib. Bundan başqa, Bratiniyanın “The Daily Telegraph” gündəlik qəzeti tərəfindən “Yüz yaşayan dahi”dən biri kimi tanınıb. O, YUNESKO-nun Nils Bor qızıl medalına və dünya ölkələrinin bir çox başqa yüksək səviyyəli orden və medallarına, təltif və mükafatlarına layiq görülən Berners-Li Harvard, Oksford, Sent-Endrüs, Kataloniya Açıq Universiteti kimi dünyanın iyirmiyə yaxın ən nüfuzlu ali məktəbinin “fəxri professor”u seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı