Robot cütlük toplarla “jonqlyorluq edir” Sentyabr 03, 2019 | 10:42 / Texnoloji yeniliklər

Çiba Universitetininin mühəndisləri iki robota cütlük şəklində üç topun köməyi ilə “jonqlyorluq etməyi” öyrədiblər.  

hightech.fm saytı xəbər verir ki, onlara “jonqlyorluq etmək” bacarığını aşılamaqda yaponiyalı mühəndislərin əsas məqsədi,  robot manipulyatorlara cismin ölçüsünü, xüsusiyyətlərini və sürətini tez və dəqiq qiymətləndirməyi öyrətməkdir. Bu bacarıqlar robotlara sənaye istehsalı və avtomatlaşdırma sahəsində öz vəzifələrini daha effektiv yerinə yetirməyə kömək edəcək.

Mühəndislərin tətbiq etdiyi alqoritmin köməyilə robotlar topu tutub bir-birinə çox asan ötürə bilirlər. Onlara topu görə bilmək üçün yüksək sürətli kameralar quraşdırılıb. Həmin kameraların köməyi ilə robotlar topları saniyədə min dəfə izləyə bilirlər.

Robotlar topun hərəkət trayektoriyasını düzgün hesablaya, hətta topun hərəkət istiqaməti dəyişdiyi təqdirdə əllərinin vəziyyətini müvafiq şəkildə dəyişə bilirlər.

Xatırladaq ki, bir neçə gün öncə Massaçusets Texnologiya İnstitutunun mühəndisləri beynin qan damarlarına nüfuz edib qan laxtalarını təmizləyə bilən nazik və çevik hərəkətli robot hazırladıqları barədə ictimaiyyətə məlumat veriblər. Maqnit hissıcikləri olan titan örtüklü nazik tel şəkilli robotun köməyi ilə insult və anevrizma kimi ağır xəstəliklərin qarşısını almaq mümkündür. O, bədənə femoral arteriya vasitəsilə daxil edilir.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı