Karbon nanoboruları əsasında ilk prosessor təqdim olunub Sentyabr 02, 2019 | 11:32 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri minlərlə karbon nanoboruları əsasında ilk prosessor hazırlayıblar.

3dnews.ru saytının məlumatına görə, yeni 16 bitlik mikroprosessorun daxilindəki tranzistorlar silisiumdan deyil, karbon nanoborularından hazırlanıb. MTİ komandası tez-tez nanoborulu tranzistorların işini pozan bir sıra nanoölçülü qüsurları aradan qaldıraraq yeni prosessor hazırlayıb. Prototip kommersiya yönümlü silisium qurğularla rəqabət aparacaq qədər sürətli işləmir, lakin karbon nanoboruları əsasında hazırlanmış kompüter çipləri daha sürətli və enerji səmərəli yeni nəsil elektronikanın yaranmasına gətirib çıxara bilər. Ekspertlərin sözlərinə əsasən, bu, sözügedən texnologiyanın inkişafında mühüm mərhələdir.

Yeni tip kompüter mikroprosessorları karbon nanoborularından hazırlanmış minlərlə tranzistordan ibarətdir. Müasir prototiplər hələ ki, ölçüsünə görə silisium çiplərlə rəqabət apara bilməsə də, karbon nanoboruları əsasında aparılan hesablamalar daha sürətli elektronika dövrünə başlamağı vəd edir. Karbon nanoborularından hazırlanmış təxminən 14 min tranzistorla işləyən mikroprosessor “Hello, world!” mesajının yazılması üçün sadə proqramı icra edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı