Süni intellektə məlumatları “unutdurmağı” bacaran çip hazırlanıb Sentyabr 02, 2019 | 09:43 / Texnoloji yeniliklər

Rusiyalı alimlər insan beyninin analoqunu yaratmağa çox yaxın olduqlarının iddia ediblər. Belə ki, Moskva Fizika-Texniki İnstitutunun alimləri məlumatı yadda saxlaya və təbii formada unuda bilən cihaz – memristor hazırlayıblar.

Canlı beyin ele qurulub ki, “yaddaş hüceyrələri”nin gücü arabir aktivləşmə məqamlarında azalır, tez-tez aktivləşəndə isə, əksinə çoxalır.

2015-ci ildə Qərbdə insan beyninin analoqunu yaratmaq məqsədilə, süni intellekt üçün beyin neyronları arasındakı əlaqələrin gücləndirilməsini və zəifləməsini əks etdirən süni bir sinaps təklif edildi.

İlk memristorda informasiyanı ötürən “körpücüklər” nanohissəciklərdən ibarət idi. Lakin, Neyrohesablama Sistemləri Laboratoriyasının mütəxəssisləri müəyyən etdilər ki, nanohissəciklərə əsaslanan həmin “körpücüklər” təxminən milyon dövrədən sonra dözmür və qısa müddətdə sıradan çıxırlar.  

onauke.info saytının verdiyi xəbərə görə, Moskva Fizika-Texniki İnstitutunda hazırlanan memristorda seqnetoelektrikə əsaslanan daha etibarlı mexanizmdən istifadə olunub. Yeni çipi əvvəlkindən fərqləndirən daha bir cəhəti də, məlumatı daha uzun müddətə yadda saxlaya bilmək bacarığıdır.

Rusiyalı mütəxəssislərin hazırladıqları yeni mexanizm daha az elektrik enerjisi sərf etməklə, daha sürətli hesablamalar apara bilir. Həmçinin, “unutmaq” bacarığı olduğuna görə insan beyninə daha yaxın hesab olunur.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı