Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri “AZCLOUD Hackathon 2019” müsabiqəsinin iştirakçıları ilə görüşüb Avqust 30, 2019 | 03:39 / Konfranslar, iclaslar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsi davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Bakı Olimpiya Stadionunda müsabiqənin iştirakçıları ilə görüşüb. Komandaların üzvləri ilə tanış olan nazir gənclərin informasiya texnologiyaları sahəsinə artan marağını xüsusi vurğulayıb.

 R.Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək ixtisaslı gənc kadrlara ehtiyac olduğunu bildirib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və tabeliyindəki qurumlarda gənc kadrlara yaradılan şəraitdən danışıb.

Daha sonra nazir komanda iştirakçıları ilə “AZCLOUD Hackathon 2019" yarışması, bu yarışa qatılmaqda məqsədləri və gələcək planları haqqında ətraflı söhbət edib. Gənclərin suallarını cavablandırdıqdan sonra R.Quluzadə iştirakçılar üçün ayrılmış xüsusi “skybox”ları gəzib və komandalara yaradılmış şəraitlə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı