Binaların fasadları üçün “ağıllı” günəş elektrik stansiyası hazırlanıb Avqust 29, 2019 | 10:05 / Texnoloji yeniliklər

İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri binaların fasadları üçün “ağıllı” günəş batareyaları hazırlayıblar. Şaquli və üfüqi fırlana bilən panellər cari dövrdə otaqları optimal dərəcədə isitmək və sərinlətmək məqsədilə günəşə tərəf lazımi nöqtəni seçir.

tass.ru saytının məlumatına görə, institutun saytında qeyd edilir ki, professor Arno Şlyuterun rəhbərlik etdiyi elmi qrup hava şəraitindən asılı olaraq, binanın divarlarına düşən günəş şüasının miqdarını tənzimləyən elektrik enerjisinin generasiyası üçün hərəkətli günəş panelləri sistemi hazırlayıb. İsti yay günlərində bu sistem fasada bərkidilmiş statik günəş panellərindən daha məhsuldardır.

“İnnovativ fasad yüngül polad burazlardan ibarət tora bərkidilmiş bir çox hərəkətli günəş panelindən ibarətdir. Həmin panellər yumşaq avtomatlaşdırılmış elementlərin köməyilə şaquli və üfüqi şəkildə öz vəziyyətlərini dəyişdirir”, – deyə alimlər bildiriblər. Onların sözlərinə görə, məhz bu avtomatlaşdırılmış elementlər sistemin özəyidir. Avtomatlaşdırılmış elementlər hava dəyişikliklərinə qarşı dayanıqlıdır, hətta fırtına onlar üçün qorxulu deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı