“Ağıllı” şərf təqdim olunub Avqust 28, 2019 | 12:17 / Texnoloji yeniliklər

Tanınmış “Xiaomi” şirkəti ətraf mühitin temperaturuna əsaslanaraq, istilik intensivliyini tənzimləyən “ağıllı” şərf təqdim edib.

Şərf təmiz hava həvəskarlarının ürəyincə olacaq və istənilən qarderobu tamamlayacaq. Daşınan qurğu “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə smartfona qoşulacaq. Həmçinin birbaşa mobil proqramda isitmə dərəcəsini və şərfin boyuna dolanma intensivliyini təyin etmək mümkün olacaq.

dni24.com saytının məlumatına görə, qurğunun iş prinsipi şərfin orta hissəsində infraqırmızı istilik buraxan kiçik yumşaq lövhənin olmasına əsaslanır. Temperatur qidalanma elementlərinin gücündən asılı olaraq, təxminən 40-45 dərəcə təşkil edəcək. İstehsalçılar bildirirlər ki, “ağıllı” şərf həm də şaxtalı hava üçün uyğundur.

“Ağıllı” aksessuarın satış reytinqini proqnozlaşdıran ekspertlər onun geniş miqyasda yayılmasına əmin olmadıqlarını bildiriblər. Lakin texniki və dəbli yeniliklərin tərəfdarları şirkətin hazırladığı şərfi mütləq qiymətləndirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı