Yaponiyalı alimlər "düşünə bilən" robotlar yaradırlar Avqust 28, 2019 | 10:53 / Texnoloji yeniliklər

Yaponiyanın Meiji Universitetinin süni intellekt mütəxəssisi Juniçi Takeno süni intellekt sahəsində son dövrlərdə əldə edilən uğurlardan danışaraq nəzərə çatdırıb ki, artıq insan şüurlu robotların hazırlanması üzərində işlər gedir.

Yaponiyalı professor etiraf edib ki, elm hələ də insan şüurunu tamamilə öyrənə bilməyib. Buna baxmayaraq, artıq robotlar da insanlara və “ən ağıllı” heyvanlara xas olan bəzi hərəkətləri mənimsəyə biliblər.

onauke.info saytının verdiyi xəbərə görə, yapon alimin rəhbərlik etdiyi tədqiqatçılar qrupu  insanların  duyğularını anlaya biləcək, onların hərəkətlərini təqlid edə biləcək, hətta, güzgüdə özünü tanıya biləcək robotlar yaradıblar. Mütəxəssislər neyron şəbəkələrin köməyi ilə həmin robotlara öz hisslərini yaşamağı “öyrətməyə” çalışırlar.

 Juniçi Takenonun sözlərinə görə yaxın gələcəkdə robotlar öz hərəkət və davranışlarını dərk edə və öz hisslərini sərbəst şəkildə ifadə edə biləcəklər. O, vurğulayıb ki, gələcəkdə robotlar şəfqət, sevinc və digər insana xas olan  hissləri mənimsəyə bilsələr, deməli, süni intellektlə bağlı elmi-fantastik filmlərdə əks olunanlar reallaşa bilər.

Yapon alimlər apardıqları tədqiqatlar zamanı Edmund Husserl və başqa dünyaşöhrətli alimlərin insan şüuru ilə bağlı elmi araşdırmalarına istinad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı