Süni intellektli robotlar ahıl insanlara kömək edirlər Avqust 26, 2019 | 09:13 / Texnoloji yeniliklər

Son illərdə müxtəlif otellərdə, hava limanlarında, ticarət mərkəzlərində çalışan süni intellektli robotlara tez-tez rast gəlirik. “Ağıllı” robotlar artıq yaşlılara qayğı və reabilitasiya mərkəzlərində məskunlaşan ahıllara xidmət göstərirlər.

Dublin Triniti Kollecinin dosenti Konor Makqinin sözlərinə görə, hündürlüyü 0,8 m və çəkisi 15 kq olan Stivi, Paro və Pillo adlı 3 robot smartfon və ya sensor ekrana yüklənmiş tətbiqetmənin köməyi ilə idarə olunur. Onlar yaşlı insanların həmsöhbəti olur, məişət işlərində kömək edir, hətta, dərmanlarını vaxtlı-vaxtında qəbul etməyi xatırladırlar.  

hightech.fm saytı xəbər verir ki, robotlar həmçinin, otağın havalandırılması,  temperaturun normada saxlanılması və digər məişət işlərinin öhdəsindən gələ bilirlər. Ahıl insanlar süni intellektli “köməkçi”lərin dəstəyi ilə Skype və digər sosial şəbəkələrdə öz tanışları ilə əlaqə yaradır, söhbət edə bilirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı