Çində Ümumdünya Robotlar Konfransı keçirilir Avqust 23, 2019 | 10:53 / Maraqlı məlumatlar

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

naukatv.ru saytının məlumatına görə, konfransda yeni robot, robot texnikası və məhsul nümunələri, o cümlədən tibbi aparat və neyroşəbəkələr üçün bir sıra sərgi meydançaları nümayiş olunur. Bundan başqa, tədbir çərçivəsində 4500 peşəkarın iştirakı ilə 4 müsabiqənin keçirilməsi planlaşdırılır. Konfrans zamanı 21 sənaye tətbiqində ixtisaslaşmış 700-dən çox robot təqdim ediləcək.

Bildirilir ki, konfransın iştirakçılarından biri Almaniyanın “Festo” şirkəti tərəfindən hazırlanan “SmartBird” adlı robot-quşdur. Mütəxəssislər robotu qağayıdan ilhamlanaraq hazırlayıblar. Yüngül pilotsuz uçan aparat aerodinamika və maksimal elastikliyə malikdir. O, tam avtonom şəkildə qalxır, uçur və enir. 23 vatt enerji sərf edən qurğunun çəkisi 450 qram, qanadlarının uzunluğu isə 2 metr təşkil edir.

Digər nümayiş olunan qurğu Çinin “Unitree Robotics” robot texnikası şirkətinin hazırladığı “Laikago” robotu olacaq. Robot 1957-ci ildə kosmosa göndərilən ilk heyvanın – “Layka” adlı itin şərəfinə adlandırılıb. Uzunluğu 0,56 metr, eni 0,35 metr olan robotun çəkisi 22 kiloqrama bərabərdir. O, tam enerji topladıqdan sonra 2-3 saat ərzində işləyə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı