Kök hüceyrələrindən kibernetik orqanoid yetişdirilir Avqust 19, 2019 | 10:36 / Texnoloji yeniliklər

Harvard Universitetinin tədqiqatçıları orqanoidlər yaratmaq üçün yeni bir metod işləyib hazırlayıblar. Onlar kök hüceyrələrindən real orqanların miniatür modellərini hazırlamağa müvəffəq olublar. Alimlərin bu innovativ kəşfi, yəni, kiber orqanoid fərdi elementlərin davranışını izləmək üçün çoxsaylı elektron sensorlar tərəfindən nüfuz edilir.

4pda.ru saytının verdiyi xəbərə görə, organoidləri yaratmaqda əsas məqsəd yeni tibbi texnologiyaları inkişaf etdirməkdən ibarətdir. Lakin, izləmə sensorlarının tətbiqi gələcək mini orqanın inkişafına mənfi təsir göstərirdi.

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin bir qrup tədqiqatçısı professor Çzya Lyünun rəhbərliyi altında bu problemi aradan qaldırmağa müvəffəq oldular. Onlar elektron ötürücüləri böyümənin ilk mərhələsində yeritməyi təklif etdilər. Cünki, bu cür erkən mərhələdə sensorlar hüceyrələr ilə bütöv bir canlı sistem, yəni, hüceyrələrin inkişafını müfəssəl izləməyə imkanı verən  üzvi-sintetik hibrid əmələ gətirəcəkdilər.

Mühəndislər tədqiqatların gedişatında öz kəşflərinin yeni versiyasını hazırlayıblar. O, özünün elastikliyi və dalğayabənzər forması ilə fərqlənir.

Bundan sonra, tədqiqatçı mühəndislər onu kök hüceyrələrindən ibarət olan astara qoyaraq inkişaf etməsinə təkan veriblər.

Orqanoid böyüdükcə şəbəkəni “udaraq” öz strukturunun bir hissəsinə çevirə bilib.

Harvardlı mühəndislərin bu təcrübəsi uğurla başa çatıb. Onların yaratdığı ürək əzələsinin kibernetik modeli sınaq borusunda 90 gün yaşayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı