Süni intellektə malik olan robot it yaradıldı Avqust 17, 2019 | 11:15 / Texnoloji yeniliklər

Əlbəttə, robot heç bir zaman canlı iti əvəz edə bilməz. Lakin, Florida Atlantik Universitetinin Maşın Qavrayışı və İdraklı Robot Texnikası Laboratoriyasının mühəndisləri süni intellektə sahib olan, özü-özünə təlim keçən robot it yaratmağa müvəffəq olublar.

Onların “Balaca Astro” adını verdikləri, qeyri-adi görünüşə malik bu “ağıllı it” çox asanlıqla yeni  tryuklara öyrənə bilir.

4pda.ru saytı xəbər verir ki, Astro yalnız xarici görünüşü ilə deyil, həm də cəld hərəkətetmə qabiliyyəti, insanlar üçün faydalı ola biləcək tipik hərəkətləri ilə həqiqi itə çox bənzəyir. Öz səhvlərindən nəticə çıxarmağı bacaran robot itə beyninə quraşdırılmış mexaniki sinir şəbəkəsi kömək edir. 

Astro “oturmaq”, “uzanmaq” kimi sadə əmrləri asanlıqla anlayır, insanları, eləcə də, digər itləri tanıya bilir.

“Dəmir doberman”ın əsas vəzifəsi polis xidməti zamanı  silah və partlayıcı maddələrin axtarışıdır. Verilən tapşırığı yerinə yetirmək üçün “ağıllı it”ə lazım olan hər şey – radar, qaz, radiolakasiya, səs, optik və digər bu kimi mühüm ötürücülər onun beyninə yerləşdirilib.

Mühəndislərin sözlərinə görə, kələ-kötür yollarda asanlıqla hərəkət edə bilən robot it, axtarış-xilasetmə işlərində polislərin işinə yaraya bilər. O, hətta, verilənlər bazasına istinad edərək, itkin düşən insanları da tapmağı bacarır. Bu işdə Astroya NVIDIA Jetson TX2 hesablama modulları kömək edir. Onlar “Dəmir doberman”a saniyədə 4 trilyon əməliyyatı “düşünməyə” imkan verirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı