İlk “kosmik dicey” Beynəlxalq Kosmik Stansiyada konsert verib Avqust 16, 2019 | 02:24 / Maraqlı məlumatlar

İtalyan astronavtları üçün kosmosa uçuş həmişə gündəlik işlə və elmi araşdırmalarla bağlı olmur. Onlardan biri Beynəlxalq Kosmik Stansiyanı ziyarət edərkən, dicey pultunun köməyilə orbital həyatı gözəlləşdirməyin orijinal üsulunu tapıb.

4pda.ru saytının məlumatına görə, Luka Parmitano Beynəlxalq Kosmik Stansiyada öz dicey pultundan istifadə edərək, konsert verib. Maraqlı çıxış Yer kürəsinə onlayn translyasiya edilib. Onu ilk olaraq, İbizada “BigCityBeats World Club Dome Cruise Edition” elektron musiqi festivalının keçirildiyi kruiz gəmisinin sərnişinləri qiymətləndiriblər.

Kosmik stansiyanı artıq ikinci dəfə ziyarət edən astronavt konsert zamanı çəkisizlik şəraitindən yararlanıb. Bu, Parmitanonun əsas peşəsi olmasa da, o, ilk “kosmik dicey” kimi tarixə düşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı