Çində ilk süni “polis üçlüyü” istifadəyə verilib Avqust 14, 2019 | 10:57 / Texnoloji yeniliklər

Çinin Hebei əyaləti polisi Handan şəhərində birlikdə işləyəcək üç ədəd yeni növ robot alıb. Bu robotlar xüsusi olaraq polis xidməti üçün hazırlanıb və insanlarla müstəqil əlaqə qura bilirlər. Yəni, bunlar oyuncaq və ya nümayiş üçün nəzərdə tutulan maşınlar deyil, real işçi robotlardır.

www.techcult.ru saytının verdiyi məlumata görə, həmin robotlardan biri küçə və yolayrıcı ərazilərin patrul xidməti üçün ixtisaslaşıb. O, ictimai asayişə nəzarət edir və münaqişəli vəziyyətlərə müdaxilə edə bilər. Robotun silahı olmasa da, qaydanı pozan şəxsləri müəyyənləşdirə bilən sistemlə təchiz edildiyi üçün, onlara xəbərdarlıq verir, hətta onların davranışlarını kamera ilə çəkərək sonradan cərimə yazır.

Robot polis, həmçinin özünün naviqasiya sisteminin köməyi ilə avtomobillərin nömrə nişanlarını tanıyır, müvafiq polis bölməsindən kameralar vasitəsilə gizli müşahidə aparır.

İkinci süni polis yol təhlükəsizliyi xidmətinin əməkdaşlarına kömək etmək üçün yaradılıb. Onun da silahı yoxdur. Amma, ehtiyac yarananda, polis məmurunun birbaşa əmri ilə qaydanı pozanları, cinayətkarları təqib edə bilər. Yol Patrul Xidmətində çalışacaq bu robot yollarda təhlükəsizliklə bağlı sürücülərə məsləhətlər verə biləcək.  

Üçüncü, ən kiçik robot polis hadisə yerində təhqiqat apararkən köməkçi vasitə kimi xidmət göstərir. Məsələn, o, verilmiş perimetr çərçivəsində izdihama video nəzarət edir, asayişi pozanları təqib edir, hətta, turistlərin suallarını cavablandırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı