“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir Avqust 10, 2019 | 01:29 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC  və “Microsoft” şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının “Microsoft” lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir. 

 “AzInTelecom” cari ayın əvvəlindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının ödənişsiz verilməsinə başlayıb. Artıq 46 ali təhsil müəssisəsi və 379 tələbə tərəfindən “Windows 10 Education” və “Office 365 Education” proqram təminatlarının lisenziyaları istismar olunur.

Hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə lisenziyalı proqram təminatı istifadəçilərinin sayının artımına gətirib çıxaracaqdır. 

Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.

Xatırladaq ki, “AzInTelecom” MMC öz fəaliyyətini 3 əsas istiqamətdə formalaşdırıb:

1. Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili;

2. Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər;

3. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı