Süddən hazırlanmış antibakterial geyim Avqust 08, 2019 | 03:45 / Maraqlı məlumatlar

Süd emalı zavodları hər gün artıq qida üçün yararlı olmayan süd məhsulu qalıqlarının utilizasiyası məsələsini həll etməli olurlar. “Mi Terro” startapı ondan gündəlik geyim üçün parça istehsal etməyi təklif edir. Belə material bir çox parametrlərinə görə təbii pambığı üstələyir.

techcult.ru saytının məlumatına görə, süd qalıqlarından əldə olunmuş material bir sıra faydalı xüsusiyyətlərə malik parçaların yaradılması üçün istifadə olunur. O, suyu hopdurmaqla yanaşı, həm də mikro-boşluqlarda xoşagəlməz qoxuları saxlaya bilir. Belə parça asanlıqla dartılır, ultrabənövşəyi şüalar altında yanmır və hətta antibakterial xüsusiyyətlərə malikdir. O, həm də qənaət etməyə imkan verir. Belə ki, bir stəkan süddən 5 köynək istehsal etmək olar.

Süddən istehsal olunmuş parça pambıqdan daha yumşaqdır və ipək kimi səthə malikdir. Bir köynəyin qiyməti 59 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı