İnstitutun gənc əməkdaşları xarici universitetlərdə təhsil almaq hüququ qazanıblar Avqust 07, 2019 | 03:00 / Mühüm hadisələr

Son zamanlar beynəlxalq əməkdaşlıq çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə dünyanın müxtəlif universitetləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və mövcud əlaqələrin genişləndirilməsi,  institut əməkdaşlarının təqaüd proqramları ilə xaricdə ödənişsiz təhsil almalarına şəraitin yaradılması həyata keçirilən əsas layihələrdəndir.

İnstitutun 4 saylı şöbəsinin əməkdaşları Özal Bağırov Çinin Elektron Elm və Texnologiya Universitetinin “Kompüter elmi və texnologiyası”, Cəmil Qurbanzadə isə Estoniyanın Tartu Universitetinin “Kompüter mühəndisliyi” ixtisasları üzrə magistratura pilləsinə qəbul olunublar.

Qeyd edək ki, institut əməkdaşlarının dünyanın nüfuzlu elm və təhsil müəssisələrində təhsil almaq hüququnu əldə etmələri gənc mütəxəssis və tələbələrin beynəlxalq elmi mühitə inteqrasiyası üçün yeni imkanlar yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı