Kompüter həkimdən daha dəqiq diaqnoz qoyacaq Avqust 06, 2019 | 02:43 / Maraqlı məlumatlar

Aritmiya (ürək ritminin pozulması) elektrokardioqrafiya zamanı, xüsusilə də, ürək ritmi bir müddət normaya düşdükdə aşkar olunmaya bilər. Mayo klinikasının mütəxəssisləri tərəfindən yaradılmış süni intellekt ölümə səbəb olan ciddi diaqnostik yanlışlıqlardan qaçmağa kömək edəcək. Belə ki, alimlər həkimlərin diqqətindən kənarda qalmış aritmiya əlamətlərini aşkar ediblər.

meddaily.ru saytının məlumatına görə, kompüter ürək ritmində nasazlıqların keçmiş epizodlarını bildirən, əhəmiyyətsiz görünən izləri axtarır. Belə izlərə ürəkdə yara toxumasının yaranması aiddir. Sistem 1993-2017 illər ərzində 181000 insanın ürək ritmi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təhlil edib. Bu şəxslərin hər birinin testlərindən normal nəticələr əldə olunub. Lakin sonra süni intellekt “norma” kimi qeyd olunmuş nəticələrin 83 faizində aritmiyanı aşkar edib.

Süni intellektin gücünə şübhə ilə yanaşmağa ehtiyac yoxdur. Məsələn, bu yaxınlarda kompüter qrip əleyhinə yüksək effektivliyə malik vaksin hazırlayıb. Vaksini liqandların axtarışı alqoritmi kimi məlum olan proqram yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı