Böyrək xəstəliklərinin sürətli aşkar edilməsi üçün mobil proqram hazırlanıb Avqust 05, 2019 | 02:57 / Texnoloji yeniliklər

London Kral Hospitalının həkimləri “DeepMind” şirkəti ilə birgə ölümcül böyrək xəstəliklərini orta hesabla 14 dəqiqə ərzində aşkar etməyə imkan verən mobil proqram hazırlayıblar.

tass.ru saytının məlumatına əsasən, sözügedən proqram təminatı böyrək xəstəliklərini aşkar etmək üçün qan analizinin nəticələrini araşdırır. Alqoritmlərdən biri qanda kreatinin (amin turşu-zülal mübadiləsinin biokimyəvi reaksiyaları nəticəsində əzələlərdə yaranan və kəskin böyrək çatışmazlığına səbəb olan maddə) miqdarının yüksəlməsini müəyyənləşdirir. Araşdırmanın nəticələri avtomatik rejimdə diaqram və qrafiklərdən ibarət hesabat şəklində həkim və tibb bacılarına göndərilir.

Xəstəxananın işçiləri hesab edirlər ki, bu texnologiya həkimlərə bir çox pasiyentlərin həyatını xilas etməkdə kömək edəcək. Çünki məhz kəskin böyrək çatışmazlığının gecikmiş müalicəsi tez-tez digər həyati əhəmiyyətli orqanların zədələnməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölümlə nəticələnə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı