İnsanabənzər robotlar üçün Türinq testi hazırlanıb Avqust 02, 2019 | 11:10 / Maraqlı məlumatlar

Məşhur Britaniyalı alim Alan Türinq 1950-ci ildə kompüter intellektini qiymətləndirməyə imkan verən test təklif edib. Bu metod indiyə qədər süni intellekt üzrə mütəxəssislər arasında populyar olsa da onların bəziləri əmindirlər ki, metod tamamlanmalıdır.

Türinqin testi süni insan üçün deyil, süni beyin üçün nəzərdə tutulmuşdu. Artıq XXI əsrdə insanabənzər robotlar meydana çıxdıqdan sonra robotu insandan ayırmağa imkan verən yeni metoda ehtiyac yaranıb.

hightech.plus saytının məlumatına görə, bu məqsədlə zahiri görünüşü, hərəkətləri, səsi və androidin intellektini eyni anda qiymətləndirən “multimodal Türinq testi” hazırlanıb.

Təklif edilən yanaşma süni intellektin insanabənzər robota nə dərəcədə inteqrasiya olunduğunu, insandan fərqlənməyən robot yaratmağın mümkünlüyünü göstərəcək.

Metod hər biri əvvəlkidən daha mürəkkəb olan dörd mərhələdən ibarətdir. İlk mərhələdə android hərəkətsiz vəziyyətdə həqiqi görünməli, ikincisi hərəkət etməli, üçüncüsü nitqi mükəmməl təqlid etməlidir. Nəhayət, dördüncü mərhələdə robotun süni intellekti qiymətləndirilir. Androidin bu dörd mərhələni keçməsi onun insandan fərqlənmədiyini sübut edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı