Yeni sensor nitq qabiliyyətini itirmiş insanlara danışmaqda kömək edəcək İyul 31, 2019 | 02:05 / Texnoloji yeniliklər

Çinin Sinxua Universitetinin alimlər komandası danışıq qabiliyyətini itirmiş insanlar üçün nitqi sintez edən qurğunun prototipini hazırlayıb. “WAGT” adlı qadcet larinqofon texnologiyasını təkrarlayır, lakin burada qabaqcıl mikroelektronika tətbiq olunur. Boğazdakı titrəmə sensoru kimi qrafendən hazırlanmış yapışqanlı örtükdən istifadə edilib.

techcult.ru saytının məlumatına görə, qrafen 15x30 mm ölçüsündə polivinil spirtdən ibarət nazik zolağa tətbiq olunur. Onu su ilə isladaraq, müvəqqəti tatu kimi dəriyə yapışdırmaq olar.

Qurğunun iş prinsipi larinqofonda olduğu kimidir: qrafen örtük danışıq zamanı dərinin titrəməsinin təsiri altında əyilir ki, bu da mikrokontrollerlə təsbit edilir. İnsan hətta səsini çıxara bilmirsə, onun nitq aparatı yenə də hərəkət edir. Qadcetin elektron bloku da məhz bu hərəkətləri tutur və deşifrə edir. Alınan siqnal əmrlərə çevrilir və sintez edən qurğu lazımi səsləri yaradır.

Prototip hələ ki, yalnız “salam, bəli və xeyr” kimi ən sadə sözləri tanıya bilir. Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı