Yeni texnologiya dronlara bir neçə gün fasiləsiz uçmağa imkan verəcək İyul 30, 2019 | 10:28 / Texnoloji yeniliklər

Müasir pilotsuz təyyarələrin əsas problemlərindən biri avtonom işləmə vaxtının qısa olması ilə bağlıdır. İstehsalçılar uzun müddətdir ki, müxtəlif texnologiyalardan və uçuş aparatlarının yeni konstruksiyalarından istifadə edərək bu xarakteristikanın təkmilləşdirilməsi üzərində işləyirlər. ABŞ tədqiqatçıları dron mühərriklərinin elektrik qüvvəsi təchizatına dair elmi yanaşma tətbiq etməklə uçuş vaxtının artırılmasının alternativ variantını təklif ediblər.

4pda.ru saytının məlumatına görə, Kaliforniya Universitetinin alimləri 2011-ci ildə hazırlanmış pilotsuz təyyarənin mühərrikini günəş işığı istiliyinin elektrikə çevrilməsi hesabına enerji ilə təmin edən fotoelektrik mühərrikini müasirləşdiriblər. Zərf ölçüsündə olan yüngül generator dronu enerji ilə yükləmədən bir neçə gün ərzində havada qalmasına imkan verəcək.

Gözlənilir ki, gələcəkdə bu kimi sistemlər yalnız pilotsuz təyyarələri deyil, kosmik zondlar və binaları elektriklə təmin edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı