Ötən ay ərzində ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlanıb Sentyabr 15, 2014 | 01:56 / Maraqlı məlumatlar

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) avqust ayında “Elektron hökumət” portalı vasitəsi ilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” xidməti avqust ayında istifadəçilərin ən çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 489759 giriş olub.

Daha çox istifadə olunan elektron xidmətlərin daxil olduğu siyahıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (272292), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (216298), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” (65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39384), RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13249) və digər qurumların xidmətlərinin adları var.

mincom.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı