Gözdən əlil insanlara oxumaq imkanını geri qaytaran bionik göz təqdim olunub İyul 29, 2019 | 12:30 / Maraqlı məlumatlar

Bionik göz fotoreseptorların məhv olması nəticəsində yaşa bağlı görmə itkisi ilə mübarizə aparan perspektivli bir vasitədir. Qeyri-adi qurğunun ilk sınaqları Fransada müvəffəqiyyətlə həyata keçirilib.

Parisin “Pixium Vision” şirkəti bionik gözün tətbiqinin sınaqlarını keçirib. Qurğu Fransadan olan yaşla əlaqəli olaraq makuladistrofiya xəstəliyindən əziyyət çəkən beş könüllü üzərində yoxlanılıb.

Bu xəstəlik gözün arxa hissəsindəki fotoreseptorların məhv olması nəticəsində mərkəzi görmə sahəsinin itirilməsinə səbəb olur.

hightech.plus saytının məlumatına əsasən, bionik göz torlu qişanın arxasında quraşdırılan və işıqla aktivləşən, həmçinin ağıllı eynəyin kamerasıyla təchiz edilən mikroçipdən ibarətdir.

Kamera təsvirləri implantanta ötürən infraqırmızı siqnallara, oradan da görmə sinirinə keçirir. Bu görmə qabiliyyətini itirmiş insana yenidən görməyə imkan yaradır.

Sınaqların iştirakçısı olan bu beş xəstə korluğun ən geniş yayılmış səbəblərindən biri olan makuladistrofiya xəstəliyinə görə görməni tamamilə itirmişdilər. Bionik göz quraşdırıldıqdan sonra onlar görmək imkanı əldə ediblər. Onlardan üçü hətta səhifədə hərfləri ayırd edə biliblər.

İstehsalçıların sözlərinə görə, bu, makuladistrofiya xəstəliyi zamanı görməni qismən qaytarmaq imkanına malik olan yeganə mövcud texnologiyadır. 

“Pixium Vision” şirkəti yaxın beş il ərzində bionik gözlərin quraşdırılmasını ənənəvi prosedura çevirməyi planlaşdırır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı