İnsan bədəninin istiliyi ilə cihazları enerji ilə dolduran material hazırlanıb İyul 26, 2019 | 12:35 / Maraqlı məlumatlar

“MİSiS” Milli Tədqiqat Texnologiya Universitetinin mütəxəssisləri və beynəlxalq alimlər qrupu enerji doldurma qurğularının (bilərzik) istehsalında tətbiq edilə bilən nanoborular əsasında termoelektrik polimer material hazırlayıblar.

tass.ru  saytının məlumatına əsasən, termoelektrik materiallara istiliyi elektrik enerjisinə çevirə bilən kimyəvi birləşmələr və ya metal ərintiləri aiddir. Ərintilər əsasında hazırlanan mövcud termoelektriklərin faydalı iş əmsalı aşağıdır (təxminən 10%) və bir sıra çatışmazlıqlara malikdir. Alimlər alternativ variant kimi otaq temperaturunda işləyə bilən polimer materiallarını nəzərdən keçirirlər. Həmin materialların elastikliyi sayəsində onlara istənilən forma vermək mümkündür, onlar toksik deyil və aşağı istilikkeçirmə xassəsinə malikdirlər. Bu da enerjinin çevrilməsi vaxtı itkilərin qarşısını alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı