“Tokio-2020” Olimpiya oyunları üçün robotlar təqdim edilib İyul 25, 2019 | 10:45 / Maraqlı məlumatlar

“Toyota” insan boyunda robot-talismanlar, robot-köməkçilər və robot-humanoidləri təqdim edib. Onlar 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarının gedişatında idmançıları qarşılayacaq və tamaşaçıları təlimatlandıracaqlar.

hightech.fm saytının məlumatına görə, təqdim edilən qurğuların arasında göy-ağ “Miraitowa” və ağ-çəhrayı “Someity” robotu var. Robot-talismanlar rəsmi tədbirlərdə idmançıları və qonaqları salamlayacaq, beyinlərinə quraşdırılmış kamera vasitəsilə insanları tanıyaraq görüşmək üçün əllərini qaldıracaqlar. 

“T-HR3” robot-humanoidi də təxminən həmin funksiyaları yerinə yetirəcək. O, həmçinin yarış və kütləvi tədbirlərdən video və səs ötürülməsi vəzifəsini də icra edəcək.

Daha bir qurğu “Support Robot” isə  idmançılar tərəfindən atılan müxtəlif tullantı predmetləri təmizləyəcək.

Qeyd edək ki, bundan əvvəl “Toyota” 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları müddətində idmançıların daşınması üçün nəzərdə tutulan APM (Accessible People Mover) elektrik avtobusunu təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı