“Ağıllı” bilərzik kəllə sümüyü vasitəsilə telefon danışıqları aparır İyul 23, 2019 | 03:07 / Texnoloji yeniliklər

İtaliyanın Turin Politexnik Universitetinin məzunları Eduardo və Emiliano Parini qardaşları “Get” startapını təqdim ediblər. Onlar şəxsi kommunikatorun alternativ forması kimi, “ağıllı” bilərzik ideyasına əsaslanaraq, bu kimi qadcetlərə xas olan baza problemlərini həll etməyə çalışıblar. Prototip artıq dizayn, mühəndislik və rəqəmsal texnologiyalar sahələrində 50-ə yaxın mükafata layiq görülüb. Hazırda onun ilk kommersiya versiyasının istehsalı üçün vəsait toplanır.

Qurğuda düymə, sensor ekran və digər qurğuların qoşulması üçün konnektor yoxdur. O, yüngül zərbələrə və 10 m dərinliyə enməyə davamlıdır. Qurğunu 1 dəfə enerji ilə doldurduqda 5 gün işlətmək mümkündür. Bilərzik sahibini barmaq izi vasitəsilə tanıyır.

techcult.ru saytının məlumatına görə, “Get”in idarəetmə sistemi jestlərə əsaslanır. Hər bir istifadəçi istənilən qədər jest-komanda düşünə, onları öz qadcetinə öyrədə və ya hazır təlimatlar dəstini yükləyə bilər. Bilərzik kənar istehsalçıların qurğuları və xidmətləri ilə işləyir, “Siri”, “Google Assistant”, “Alexa” və “Cortana” səs köməkçilərini dəstəkləyir.

Qurğunun ən maraqlı funksiyası əks-əlaqədir. Belə ki, bilərzik bütün informasiyanı səs vasitəsilə istifadəçiyə ötürür, lakin onu heç kim eşitmir. Səsli vibrasiyalar bədənin daxilinə translyasiya edilir, bunun üçün barmağı qulağa sıxmaq lazımdır ki, siqnal sümüklər vasitəsilə eşitmə orqanlarına keçsin. Səsin keyfiyyəti yaxşıdır, bütün sözlər ayırd edilir, hətta bilərzik musiqi dinləməyə imkan verir.

Qeyd edək ki, 2020-ci ilin mart ayında satışa çıxarılacaq qurğunun dəyəri 124 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı