Səsi aydın ötürən qulaq implantatı təqdim olunub İyul 23, 2019 | 10:14 / Texnoloji yeniliklər

İngiltərənin Qrinviç Universitetinin alimləri eşitmə qabiliyyəti əhəmiyyətli dərəcədə az olan  insanlar üçün unikal implantat hazırlayıblar. İmplantat eşitməni demək olar ki, 100 faiz təmin edir. Səs gücləndirən adi qurğular səsi olduqca kəskin ötürür, adaptasiya və kənar səslərin uzaqlaşdırılması üçün müəyyən beyin məşqləri tələb edir.

Yeni implantat isə tamamilə başqa üsulla fəaliyyət göstərir. O, ətraf mühitdən gələn səsləri laylar üzrə yazır. Bu, əhəmiyyətli səsli informasiyanı ayırd etməyə imkan verir. İmplantat eyni zamanda, məlumat anbarında olan müxtəlif versiyaları tətbiq edərək daxil olan səs siqnalını analoq komponentlərinə ayırır. Başqa sözlə, siqnalı yaddaşda olan komponentlərdən istifadə edərək yüksək dəqiqliklə bərpa etmək mümkün olur.

meddaily.ru saytının məlumatına görə, sistemin işləməsi üçün mikrofon qulaq arxasına, əsas qurğu isə kəllə daxilinə yerləşdirilir. Kənardan gələn səslər eşitmə sinirinə birbaşa qoşulmuş daxili qurğuda qeydə alınır və ötürülür. Bu sinir səs siqnallarını beyinə yollayır. Nəticədə maksimal təmiz səs alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı