Tədqiqatlar zamanı hüceyrələri zədələməyən 3D-mikroskop hazırlanıb İyul 22, 2019 | 11:25 / Maraqlı məlumatlar

Standart metodlardan fərqli olaraq, yeni yanaşma hüceyrələri canlı və sağlam saxlayır. Bu, onların uzun müddət ərzində inkişafını və ətraf mühit dəyişikliklərinə reaksiyasını izləməyə imkan verir.

Məlumdur ki, mikroskopun köməyi ilə canlı hüceyrənin öyrənilməsi üçün onu rəngləmək lazımdır. Lakin standart boyalar hüceyrələrin zədələnməsinə və həlak olmasına səbəb olur.  İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları alternativ metodika təqdim ediblər.

nanonewsnet.ru saytının məlumatına görə, komanda 200 nm-dən kiçik ölçüyə malik hüceyrələrin daxili strukturuna baxmağa imkan verən CX-A adlı yeni üçölçülü mikroskop hazırlayıb. Qurğu iş prinsipinə görə MRT aparatını xatırladır: O, müxtəlif rakurslardan bir çox şəkillər çəkərək onları vahid həcmli təsvirdə birləşdirir. Bu halda hüceyrələrdə zədələnmələr yaranmır.

Texnologiya bir neçə saat və gün ərzində ayrı-ayrı hüceyrələrin həyat dövrünü müşahidə etməyə, həmçinin onların müəyyən stimullara reaksiyasını izləməyə imkan verəcək. Bundan başqa, onun köməyi ilə orqanellərin, məsələn, mitoxondriyaların qarşılıqlı təsirini öyrənmək daha asan olacaq. Bu halda istifadəçiyə prosesi əl ilə idarə etmək lazım olmayacaq. Belə ki, uyğun çəkiliş vaxtı seçmək və mikroskopu avtonom rejimə qoymaq kifayət edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı