Yeni texnika süni intellektə düşünməyi öyrədəcək İyul 17, 2019 | 11:14 / Maraqlı məlumatlar

“Facebook” şirkətinin tədqiqatçısı və “süni intellektin xaç atalarından” biri Yan Lekun özü idarə olunan təlim metodu adlandırdığı yeni metodunu təklif edib. Bu halda, idarə olunan və idarə olunmayan təlimdən fərqli olaraq, süni intellekt özü nəticələr çıxarmalıdır. Bu isə, ona “dünya ilə sərbəst şəkildə qarşılıqlı əlaqədə olmağa” imkan verəcək.

“Bu sahədə ən son inqilabın başlanğıcını qoymuş süni intellekt alqoritmləri kateqoriyası olan dərin təlim süni intellektə görmə kimi qabiliyyətlər təqdim edərək irəli addım atıb. Lakin dərin təlim süni intellektə reallığın konseptual modelinə əsaslanan daha mürəkkəb düşüncə qabiliyyətini tətbiq edə bilməyib. Başqa sözlə, maşınlar onları əhatə edən dünyanı anlamır, bu isə onlara dünya ilə qarşılıqlı təsirə malik olmağa imkan vermir”, - Lekun qeyd edib.

hightech.fm saytının məlumatına görə, tədqiqatçı hesab edir ki, bunun üçün maşın insanın öyrənmə metodlarını təkrarlamağı öyrənməlidir. O, bildirib ki, insanların öyrəndiyi hər şey özünü idarəetmə vasitəsilə mənimsənilir. İnsanlar yalnız bəzi məsələləri nəzarət altında öyrənir, digər bütün bilikləri isə özləri möhkəmləndirir.

Lekun qeyd edir ki, bu kimi təlimlərdə ilk addım müvəqqəti proqnozlaşdırmadır. Başqa sözlə, məsələn, alimlər neyron şəbəkəsinə videonun birinci hissəyə baxış zamanı onun ikinci hissəsini öncədən proqnozlaşdırmağı öyrətməlidir. Bu, insanın beynində gedən prosesin bir növ simulyasiyasıdır. O, əlavə edib ki, süni intellektin növbəti inqilabı idarə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı