Mobil proqram depressiyanı telefon söhbətləri əsasında aşkar edəcək İyul 16, 2019 | 10:18 / Texnoloji yeniliklər

Alimlər süni intellektdən istifadə edərək, pasiyentin səsinə görə depressiyanın diaqnostikası metodunu hazırlayıblar. Kanadanın Alberta Universitetinin mühəndisləri bildiriblər ki, səsin tembri özündə insanın əhval-ruhiyyəsi haqqında informasiyanı ehtiva edir.

meddaily.ru saytının məlumatına görə, sınaqlar zamanı insanlar səs nümunələrini toplayan mobil proqramdan istifadə ediblər. Fon rejimində işləyən proqram əhval-ruhiyyə, xüsusilə depressiyanın mövcudluğu haqqında məlumat verən markerləri effektiv tanıyıb və izləyib.

Hələ ki, mükəmməl olmayan yeni texnologiya gələcəkdə pasiyentlərə və ya tibbi personala insanları düzgün müalicə etməyə kömək edəcək. Ekspertlər xatırladırlar ki, depressiya əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bundan başqa, depressiya vəziyyətində olan bir çox insanlar intihar edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı