“Dual-Image” texnologiyasını dəstəkləyən ilk televizorlar nümayiş olunub İyul 09, 2019 | 02:30 / Texnoloji yeniliklər

“Hisense” şirkəti dünyada ilk dəfə “Dual-Image” texnologiyası əsasında hazırlanan “U9e” seriyalı televizorlar nümayiş etdirib.

3dnews.ru saytının məlumatına əsasən, qurğuların ekranı ənənəvi rəngli “LCD” və əlavə monoxrom displey birləşməsindən ibarətdir. “BD Cell” adlanan həllin hazırlanmasında Çinin “BOE” şirkətinin mütəxəssisləri iştirak ediblər.

Tətbiq edilən texnologiya adi maye-kristal panellərlə müqayisədə, bir sıra üstünlüklərə malikdir. Belə ki, “Hisense U9e” modelində kontrastlıq nisbəti 150 000:1 təşkil edir ki, bu da yüksək göstərici hesab edilir.

Təsvirin keyfiyyətinə görə yeni televizorlar üzvi işıq diodlu (OLED) panellərlə müqayisə olunsa da, qiyməti nisbətən ucuzdur. Bundan əlavə, rəngvermə yüksək səviyyədədir.

Hazırda “Hisense U9e” seriyasında 55, 65 və 75 düym diaqonallı 3 model təqdim olunub. Modellərin təsvir ölçüsü barədə məlumat verilməsə də, onların “4K” formatlı olması ehtimal edilir.

Bu il satışa yalnız qiyməti 2600 dollar təşkil edən 65 düym diaqonallı versiyanın çıxarılması planlaşdırılır. Digər iki modelin isə 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı