"Apple"in onlayn-mağazası alıcıların axınına "dözmədi" Sentyabr 12, 2014 | 04:59 / Maraqlı məlumatlar

Sentyabrın 12-də iPhone 6 və iPhone 6 Plus-un ilk sifarişlərinə start verildiyi gün Apple-in rəsmi onlayn-mağazası iPhone-un yeni modellərini əldə etmək istəyən alıcıların axınına "dözmədi".

gazeta.ru saytının məlumatına görə, ilk sifarişləri ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Honkonq, Sinqapur və Yaponiyada qəbul etməyə başlayıblar. Bir neçə saatdan sonra isə onlayn-mağaza əlçatmaz olub.

Qeyd edək ki, sentyabrın 9-da Kaliforniyada iPhone-un müxtəlif dioqanallı ekranlara malik (4,7 və 5,5 düym)  2 versiyası və şirkət tarixində ilk dəfə olaraq Apple Watch saatları nümayiş etdirilmişdi.

Apple Watch saatlarının satışına 2015-ci ilin əvvəllərindən start veriləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı