Süni intellekt tərəfindən yaradılmış ilk vaksin sınaqdan keçiriləcək İyul 04, 2019 | 11:42 / Maraqlı məlumatlar

Avstraliyanın Flinders Universitetinin alimləri qripə qarşı yüksək effektivliyə malik vaksin hazırlayıblar. Tezliklə ABŞ-da kliniki sınaqlardan keçiriləcək vaksin süni intellekt liqandların axtarışı alqoritmi kimi tanınan proqram tərəfindən yaradılıb. Liqandlar bioloji molekulla komplekslər yaradan birləşmələrdir.

meddaily.ru saytının məlumatına əsasən, insanların müalicəsinə imkan verən yeni vaksin tamamilə süni intellekt tərəfindən hazırlanmış ilk vasitədir. Alimlərin fikrincə, bu, tibb və farmakologiya sahələrində yeni eradır. Yeni vaksin bədənin qrip virusuna immun cavabını gücləndirən maddələrdən istifadə edir. O, il ərzində təxminən 240 könüllü üzərində sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu yaxınlarda Peterburq tədqiqatçıları insanı həm qrip, həm də respirator sinsitial virusdan müdafiə edən xüsusi vaksinlərin sınaq nəticələrini təqdim ediblər. Vaksinlər gəmiricilər üzərində sınaqdan keçirilərkən yalnız öz effektivliyini deyil, həm də təhlükəsiz olduğunu sübut edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı