Emosiyalara nəzarət etməyə imkan verən bilərzik hazırlanıb İyul 02, 2019 | 05:15 / Texnoloji yeniliklər

Böyük Britaniyanın Lankaster Universitetinin mühəndisləri sahibinin biləyində onun emosional vəziyyətindən asılı olaraq, rəngini dəyişdirən “ağıllı” bilərzik hazırlayıblar.

İstehsalçıların sözlərinə görə, bu bilərzik depressiya və bipolyar pozuntu kimi affektiv pozuntular müşahidə olunan pasiyentlərə, həmçinin sadəcə qəfil “yersiz emosiyalar”dan (qorxu, həyəcan, qəzəb və s.) əziyyət çəkən insanlara öz hisslərini nəzarət altında saxlamağa kömək edəcək. Bununla yanaşı, dərinin temperaturuna reaksiya verən materialdan hazırlanmış “ağıllı” qadcetin işləməsi üçün smartfonla sinxronlaşdırma tələb edilmir.

naked-science.ru saytının məlumatında bildirilir ki, sınaqlar zamanı könüllülər 8-16 saat boyunca bilərzikləri daşıyıblar. Onlar başqa insanlarla ünsiyyət saxlayır, işləyir, oynayır, gülür, dincəlir, filmə baxır, bir sözlə, gündəlik həyatda müşahidə olunan emosiyaları hiss edirdilər. Eyni zamanda, biləyə sıx bağlanmış sensor dərinin elektrik fəallığının ölçülməsi yolu ilə hisslərin dəyişilməsini izləyir və siqnal ötürürdü. Bilərzik sayəsində sınaq iştirakçıları öz ani emosional reaksiyalarına diqqət yetirməyə başlayırdılar. Hər bir iştirakçı öz əhval-ruhiyyəsinin kəskin dəyişdiyini anlaya və bu dəyişikliklərin səbəblərini təhlil edə bilirdi.

Mütəxəssislər istifadə edilən materialları öyrənmək, qurğunu təkmilləşdirmək və onun üçün ən əlverişli dizaynı tapmaq məqsədilə əlavə sınaqlar keçirmək niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı